3 və 4`cü vərdişlər: Yuxu düzənindəki xətalar

Ramazan əsnasında önəm veriləcək məsələlər..

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

3-cü vərdiş: RAMAZAN SƏHƏRLƏRİ ÇOX YATMAQ.

Bir çox insanlar Ramazan səhərlərində oruc vaxtını azaltmaq üçün səhərləri çox yatmaq adətinə qurşanmışlar ki, bununla da aclıq və susuzluq hissindən qurtulsunlar. Belə kimsələr ola bilsin ki, bir neçə problemli hala düşsünlər:

– Savab məşəqqətin (çətinliyin) miqdarı qədərdir. Necə ki, Allah Elçisi (salləllahu aleyhi va səlləm) Aişəyə (radıyəllahu ənhə) demişdir: «Lakin onun (Ümrənin) savabı sənin yorğunluğun nisbətindədir.» (Buxari, Muslim)

Hədisdə «nəsab» sözü keçir ki, bu da «yorğunluq və məşəqqət» anlamındadır. (Deməli) Belə insanlar oruc gününün səhərini yatmaqla keçirərlərsə, bəs nə ilə orucluların savabına çatacaqlar?!

– Həmçinin, Şərəfli zamanı zay etmək;
Hansı ki, bu insanın dəyərli sərmayəsidir. Beləcə, bu vaxtda öz nəfsini Allaha itaət, Onun Kitabını (Quranı) oxumaq və ayələrini düşünmək əvəzinə, vaxtını xeyir gətirməyən yuxuda keçirir. Əksinə, ola bilsin ki, bunun pis nəticələri olsun; O halda ki, əgər namaz və s. kimi Allahın fərz etdiyi əməllərin tərkinə səbəb olarsa…

4-cü vərdiş: GECƏNİ YUXUSUZ QALIB, FAYDASIZ KEÇİRMƏK.

Heç bir şəkk yoxdur ki, pis əməl özü ilə özü mislində olan pisliyə gətirib çıxarır. Necə ki, o insanlar Ramazanın səhərlərini yatmaqla və qəflətlə keçirirlər, eləcə də onlar Ramazanın gecələrini yuxusuz qalmaq, tənbəllik və insanlara əziyyət verməklə keçirərlər. Onlar ya küçələrdə, ya tində-dalanlarda, ya çayxanalarda, ya bazarlarda istirahət və vaxt keçirməkdə və ya evlərində ekranların və əyləncə cihazlarının qarşısında vaxtlarını qəflət bıçağı ilə kəsirlər. Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurmuşdur:

«Qiyamət günü qul dörd şey barəsində soruşulmayınca ayaqları heç yana tərpənməz: Ömrü barəsində (soruşular), onu nəyə sərf etdi? cavanlığı barəsində (soruşular), onu nə üzərində keçirdi? malı barəsində (soruşular), onu haradan qazandı və haraya xərclədi? əməli barəsində (soruşular), (dünyada) hansı əməlləri etdi?»

(ət-Tirmizi və əl-Bəzzər rəvayət etmiş, şeyx Albani isə «həsən» demişdir)

İbnul-Qayyim (rahiməhullah) demişdir: «Bu itkilərin ən böyüyü qəlbi və vaxtı zay etməkdir. Qəlbi zay etmək dünyanı axirətdən önə keçirməklə olur, vaxtı zay etmək isə uzun-uzadı arzu-xəyallarla (ümidlərlə) olur.» (İbnul-Qayyimin “əl-Fəvaid” kitabından)

Xalid Əbu Salihin “Əədəətun Seyyi`ətun fi Ramədan” adlı risaləsindən (mədərul vatən lin-nəşr – nəşriyyatı)

Tərcümə etdi: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    25.04. 2024
    NamazVaxt
    Sübh04:03
    Günəş05:48
    Zöhr12:39
    Əsr16:27
    Məğrib19:30
    İşa21:00
    Namaza yeni başlayıram

Son əlavə olunanlar